Bətndəki körpə oxudu SENSASİYA (VİDEO)

Bətndəki körpə oxudu SENSASİYA (VİDEO)

İspan alimlər fenomenal araşdırma aparıblar. Onlar müəyyənləşdiriblər ki, ana bətnindəki körpə 14 həftəliyindən etibarən səsləri duymaqla yanaşı, musiqini də ayırd edə bilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniyanın Barselona şəhərindəki Markes İnstitutunda aparılan araşdırmada könüllülər qismində hamiləliyin 14-39-cu həftələrində olan qadınlar iştirak ediblər.
Onların olduqları otaqda musiqi səslənib. Bu zaman xanımlar növbə ilə ultrasəs müayinəsindən keçiblər.
Məlum olub ki, hamilə qadınların 87 faizinin bətnindəki körpələr musiqi səsini eşidir və ona reaksiya verirlər.
Üstəlik, bir neçə körpə musiqini eşidəndən sonra oxumağa da başlayıb.
Araşdırmaya başçılıq etmiş professor Mariza Lopes-Teyhonun dediyinə görə, bətndəki körpələr dodaqlarını və dillərini tərpədiblər, sanki oxumağa çalışıblar.
"Daha sonra abdominal üsulla bətndəki körpəyə səsi çatdırdıq. Hamiləliyin 16-cı həftəsindən sonra qadınların bətnlərindəki körpələrin musiqini ayırd etdiklərini artıq dəqiqləşdirdik" - deyə, professor söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə