Heç kəsə sirr deyil ki, müasir tibb, xüsusilə cərrahiyyə inanılmaz nailiyyətlər əldə edib. Həkimlər bəzən ən heyrətləndirici əməliyyatları da həyata keçirirlər. Lakin Avstraliyada baş verən hadisə tam fərqlidir.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cərrahlar 16 aylıq oğlanı həyata qaytarmağa müvəffəq olublar - faciə nəticəsində bədəndən qopmuş başı yerinə bərpa ediblər. Melburndan olan Rayli Teylor öz avtomobilində arxa oturacaqdakı uşaqları: doqquzyaşlı qızı Şeyn və kiçik oğlu təxminən yaşyarımlıq oğlu Ceksonla birlikdə hərəkət edərkən qəfildən yol ayrıcında onlara tərəf digər avtomobil hərəkət etməyə başlayıb. Toqquşmadan yayınmaq mümkün olmayıb.

Müasir avtomobillərdə təhlükəsizliyə olduqca böyük əhəmiyyət verildiyindən ana və qızı, demək olar, heç bir xəsarət almayıb, lakin körpə Ceksonun bəxti bir o qədər də gətirməyib; onun boynu qırılıb, başı isə qırılmış gəlinciyin başı tək həyatsız vəziyyətdə sallanıb.
Oğlanın uşaq oturacağına bərkidilməsinə baxmayaraq, oturacaq belə bir qəza üçün hesablanmayıb. Zərbə anında onun başı kəskin qalxıb və boyun nahiyəsindən əyilib. Bu səbəbdən kəlləni onurğaya bağlayan bitişdirici toxumalar tam şəkildə qopub.
Nəticədə oğlan daxildən başsız qalıb.

Əməliyyatı həyata keçirən həkim Ceff Askin isə açıq şəkildə xəbərdarlıq edib ki, hətta əməliyyat uğurla keçəcəyi halda, Ceksonun iflic qalması üçün böyük risk var.
Lakin görünür, Ceff Askini boş yerə "Onurğa cərrahiyyəsinin xaç atası" adlandırmırlarmış; Altı saat davam edən əməliyyat uğurla keçib və hazırda oğlanın sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Uşağın başını xüsusi metal qurğu ilə etibarlı şəkildə qabırğalara bərkidiblər. Səkkiz həftədən sonra bu konstruksiya götürüləcək. Lakin Cekson artıq indidən sağlam və xoşbəxt görünür. Valideynləri bu dəhşətli qəzanı qorxulu yuxu kimi xatırlayırlar. Onlar əsl möcüzə törədən və övladlarını xilas edən həkim Askinə sonsuz təşəkkürlərini ifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



