5 milyon dollara qızıl unitaz VİDEO

5 milyon dollara qızıl unitaz VİDEO

Qızıl tac, qızıl piyalə, qızıldan taxt olub. Lakin qızıla bürünmüş unitaz yəqin ki, çoxunuza təəccüblü gələcək. Lakin pula, şan-şöhrətə meylli insanlar üçün belə bir unitaz hazırlanıb. 24 karatlıq qızılla örtülmüş unitazın qiyməti isə nə az, nə çox 5 milyon dollardır.

"Crystal Ergorapido от Electrolux" şirkəti isə dünyanın ən bahalı tozsoranı mənim evimdə olsun deyənlərin üzünü güldürüb. Şirkət tərəfindən üzəri svarokski qaşları ilə bəzədilmiş və 19 min dollar qiyməti olan tozsoranlar satışa çıxarılıb.

Tərəvəzləri on min dollar qiyməti olan bıçaqla doğramaq yəqin ki, insana ayrı bir xoşbəxtlik bəxş edir. Hər halda belə düşünən insanlar var və onlar üçün üzəri brilliant qaşlarla bəzədilmiş, 40 min dollar qiyməti olan bıçaqlar satışa çıxarılıb.

14 min dollara çay paketi... Bu qədər də olmaz desəniz də, satışda bu qiymətə olan çay paketlərinə rast gəlmək mümkündür. Çay paketinin ən böyük özəlliyi isə üzərinin brilliant qaşlarla bəzədilməsidir.

Bir televizoru almaq üçün ən çox nə qədər pul ödəyərdiniz? Yəqin ki, 2,3 milyon dollar ödəməyə pul olsa belə çoxunun əli gəlməz. Lakin satışda bu qiymətə televizorlara da rast gəlmək mümkündür. Hətta üzəri brilliant qaşlarla bəzədilmiş həmin televizoru alanların sayı da kifayət qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə