Əyləncə naminə dəyərdimi? VİDEO

Əyləncə naminə dəyərdimi? VİDEO

2 gəncin əyləncə naminə özlərini ölümə atması qorxu dolu anların yaşanmasına səbəb olub. Hadisə Türkiyənin Qaziantep şəhərində baş verib. Belə ki, velosioped ilə hərəkətdə olan yük maşınının arxa hissəsindən yapışan gənclər belə vəziyyətdə xeyli yol qət ediblər. Adrenalin yaşamağa çalışan gənclərin ağlasığmaz davranışları yolda hərəkətdə olan avtomobillərdən birinin sərnişini tərəfindən lentə alınıb. Lentə alındıqlarını görən gənclər yalnız bundan sonra təhlükəli hərəkətlərinə ara verərək, həmin yeri tərk ediblər.

Xoşbəxtlikdən onların təhlükəli gəzintisi faciəsiz başa çatıb. Lakin bu cür halların artdığını nəzərə alan əlaqədar qurumlar müəyyən tədbirlər görməyə hazırlaşır.

SİA həmin videonu təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə