Bakıda təkər təmirçisi sözün əsl mənasında insanlıq dərsi keçib. Yol kənarında dayanmış avtomobilin şüşəsinin açıq olduğunu görən təkər ustası inanılmaz bir addım atıb. O, avtomobilin sahibi yanında olmadığından oğurluq olmasın deyə, açıq şüşənin yerinə qəzet vurub ki, guya maşın təmir edilir. Maraqlı hadisə Yasamal rayonunda yaşanıb.
Ənvər Həsənov bir gün əvvəl avtomobilini burda saxlayaraq işlədiyi ofisə gedib. Təxminən 7 saatdan sonra geri qayıdanda gördüyü mənzərə qarşısında heyrətə gəlib.
Ənvər Həsənov xeyli axtardıqdan sonra ona yaxşılıq edən şəxsi tapıb. Məlum olub ki, hər hansı bir ziyanlıq olmasın deyə avtomobilin şüşəsinə qəzet vuran yaxınlığında təkər təmiri ilə məşğul olan Rəşad Xudaverdiyevdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB