Hindistanda bəbirin başı qazana sıxışıb qaldı

Hindistanda bəbirin başı qazana sıxışıb qaldı

Hindistanın kəndlərinin birində bəbir qazandan su içmək istəyib, amma sonradan sıxışan başını qazandan çıxara bilməyib. Yırtıcının yardımına yerli sakinlər çatıb.

Amma onun başından qazanı çıxarmağa heç kim risk etməyib, heyvanı zərərsizləşdirməli olublar.

Bəbirə trankvilizator vurublar və bundan sonra başındakı qazanı çıxarıblar. Yerli sakinlər iddia edirlər ki, heyvan dəhşətli istilərdən əziyyət çəkərək susadığı üçün başını qazana salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə