İlk olaraq "Facebook"da

"Facebook" daha bir yenilik edəcək. SİA-nın məlumatına görə, "Facebook" sosial şəbəkəsində profil fotosu yerinə qısa videoçarx yükləmək mümkün olacaq. Bu, bir sıra gözlənilən yeniliklərdən yalnız biridir. Bu haqda "Facebook"un rəsmi bloqunda məlumata rast gəlinib. Bundan əlavə, müəyyən zaman, xüsusi gün üçün nəzərdə tutulmuş profil fotosunu quraşdırmaq da mümkün olacaq. Şəkil mərkəzdə yerləşdiriləcək və alt hissədə müəyyən yazı olacaq.

Qeyd edək ki, sentyabrın ortalarında "Facebook"un qurucusu Mark Zukerberq "dislike" funksiyasının tətbiq olunacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə