Uşaq 53 avtomobilin altından necə sağ çıxdı? VİDEO

Uşaq 53 avtomobilin altından necə sağ çıxdı? VİDEO

8 yaşlı uşaq 53 avtomobilin altından diyircəkli konki ilə keçdi.

Hindistanlı Devisri Prasad öz qeyri-adi bacarığı ilə dünyada misli görülməmiş çıxışına imza atıb. Ölkənin cənub-şərqindəki Tirupati şəhərində yaşayan azyaşlının bədəni o qədər elastikdir ki, yerə paralal şəkildə hərəkət edə bilir.

6 yaşında təkərli konki ilə yerə paralel şəkildə 30 metr irəliləyərək rekord vuran Devisri bu dəfə, həmin rekordu ciddi fərqlə alt-üst edib. 100 metr məsafədə düzülən avtomobillərin altından keçmək üçün uzun müddət yerə düzülmüş təlim çubuqlarından istifadə edən azyaşlı, sonda nəqliyyat vasitələrinin altından keçməyə də müvəffəq olub. Bununla o, ən uzun məsafəyə yerə paralel konki sürən ilk insan kimi tarixə düşüb.

Davisri Prasadın son dünya rekordunda diqqət çəkən başqa bir məqam onun arxa istiqamətdə hərəkət etməsidir. Skeytlə gəzməyi çox sevdiyini deyən 8 yaşlı rekordçu hətta gün ərzində 6 saat məşq edir.

Devisrinin ən böyük arzusu isə bir gün peşəkar skeytçi olub, olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Ailəsinin hər zaman ona dəstək verdiyini deyən uşaq, onların sayəsində daha böyük uğurlar qazanacağını vəd edir.

SİA videonu təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə