İt pişik balalarına analıq edir

İtlə pişiyin düşmənçiliyi o qədər böyükdür ki, hətta el arasında məsəllərə mövzu olub. Lakin Zaqatalada bir itin balaca pişik balalarına analıq etməsi bunun heç də hər zaman belə davam etmədiyini göstərir.

Körpə pişik balalarına it sahib çıxıb.

İt təzəcə gözünü açan pişik balalarına anaları kimi davranır.

Zaqatalada itin bu hərəkətləri sakinləri təəccübləndirib. Ləman Rəhimova yolda atılmış hələ heç gözü belə açılmayan pişik balalarını görüb evə gətirib. Sahibsiz pişik balalarına Çiko adlı iti qayğı göstərib.

Maraqlıdır ki, Çiko indiyədək pişiklərin qənimi olub. Həyətə heç vaxt pişiyin girməsinə imkan verməyib. Hazırda isə nəinki pişik balalarını yedirir, hətta onlarla oynayır və qorumağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə