"Volkswagen" istifadəçiləri Diqqət

"Volkswagen" istifadəçiləri Diqqət

İsveçrədə "Volkswagen" markalı avtomobillərin ölkə ərazisində satışına qadağa qoyulub. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, "Volkswagen" markalı 1.2, 1.6 və 2.0 dizel motor avtomobillərdə nasazlıqlar aşkar edilib.

Məhz bu səbəbdən İsveçrə xalqının sağlamlığını qorumaq məqsədilə avtomobillərin satışına və istifadəsinə qadağan olunub.

Verilən məlumata görə, bu qərar ölkə ərazisində hələ satılmamış və qeydiyyatdan keçməmiş 180 min avtomobilə də şamil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə