Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi FOTOLAR

Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi FOTOLAR

Filippində yaşayan yoxsul, amma təhsilə, dərsə böyük həvəsi olan balaca qız küçədə oturub ev tapşırıqlarını yerinə yetirərkən fotosu çəkilib. Bu foto "Facebook" da yayılandan sonra qız bir gün ərzində dünyaca məşhurlaşıb. SİA-nın məlumatına görə, qızın adı da məlumdur. O, 8 yaşlı Sielo Qonsalesdir.

Çirkli, səs-küylü küçədə oturaraq dərslərini oxuyan qıza yardım etmək istəyənlərin sayı həddən ziyadədir. Qızın anası Linda Qonsalesin dediyinə görə, çox yoxsul olduqlarından övladlarını normal məktəbdə oxuda bilmir: "Təbii ki, mən də qızlarımın yaxşı yaşamasını, oxumasını istəyirəm. Amma evsiz-eşiksizik, çalışdığım dükanın anbarında yaşayırıq".

Filippində "McDonald`s" restoranının işıqları altında dərslərini oxuyan Daniel Kabrera adlı oğlanın fotosu da sosial şəbəkələrdə yayılandan sonra o məşhurlaşmışdı.
Daniel indi ölkə paytaxtı Maniladakı elitar kollecdə təhsil alır. Onun təhsilini yerli iş adamlarından biri maliyyələşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə