Ən çirkin məşhurlar VİDEO

Adətən sizə dünyanın ən yaraşıqlı, gözəl məşhurlarından söz açırıq. Bu dəfə sizə dünyanın ən varlı, məşhur, lakin çirkin ulduzlarının siyahısını təqdim edirik:

Siyahını məşhur caz və soul ifaçısı Amy Vinehouse ilə başlayaq. 2011-ci ildə 27 yaşında dünyasını dəyişən Amygözəl olmasa da, ecazkar səsi ilə milyonlarla insanın idealı olmağı bacardı. Hətta ona bənzəmək üçün plastik əməliyyata müraciət edənlərin belə olduğu deyilir.

Xatırladaq ki, müğənninin ölümünə səbəb yüksək dozalı alkoqol olmuşdu.

O dünyanın ən yaxşı futbolçusu, ən zarafatcıl, ən dürüst məşhurları sırasında ilk pillələrdə yer alır. Eyni zamanda ən çirkin məşhurları sırasında da. Söhbət braziliyalı ulduz futbolçu Ronaldinyodan gedir. Qazandığı pulları imicindən başqa demək olar ki, hər yerə xərcləyir.

Çirkin, amma sevilən məşhurlar sırasında fransız müğənnisi Vanessa Paradisin də adı var. Dişləri aralı olan məşhur bu qüsuru aradan qaldırmaq niyyətində deyil. Qüsuru ilə barışan müğənni əksinə bu eyibin ona başqa bir şirinlik bəxş etdiyini belə düşünür.

Doğuşdan şanslı qız olaraq dünyaya gələn Paris Hilton sərvəti ilə dodaq uçuqladır. Gözəl deyil, lakin saç düzümləri, makiyajı, geyimləri ilə hər zaman diqqət mərkəzində olmağı bacarır.

Cara Delevingne – Sərt üz cizgiləri olan bu xanımın gözəllik anlayışı ilə demək olar ki, uzaqdan yaxından əlaqəsi yoxdur. Hətta Caranı qorxu filmlərindəki şeytani uşaqlara bənzədənlər belə var. Lakin bütün bunlara baxmayaraq, o, ən sevilən və bəyənilən modellər sırasında ilk pillələrdə yer almaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə