Belə hadisəyə 50 milyonda bir rast gəlinir FOTOLAR

Belə hadisəyə 50 milyonda bir rast gəlinir FOTOLAR

ABŞ-ın Nyu-York şəhərinin sakinləri Ceyson və Kelli Fenli cütlüyünün mütləq dərəcədə biri-birinə bənzəyən körpələri dünyaya gəlib. SİA-nın ABŞ KİV-nə istinadən məmumatına görə, onların 2 yaşlı qardaşı Eyden üçəmləri bir-birindən ayıra bilmədiyi üçün eyin adla çağırır. Körpələr vaxtından 2 ay tez doğulublar. Yeni doğulan oğlan körpələrinin çəkiləri 1,3 kq olub. Statistikaya əsasən, mütləq dərəcədə bir-birinə oxşayan 50 milyonda bir əkiz və ya üçəm dünyaya gəlir. "Bəzi insanlar lotoreya alıb udur. Bizimsə genetik lotoreyamız udub, çox xoşbəxtik", - üçəmlərin atası, 38 yaşlı Ceyson Fenli bildirib. Valideynləri körpələri bir-birindən ayırmaq üçün ayaq barmaqlarını boyayır, elə onları həmin rəngdə də geyindirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə