Ölümə meydan oxuyan insan FOTO-VİDEO

Ölümə meydan oxuyan insan FOTO-VİDEO

Rus alpinisti Oleq Kriket ölümə meydan oxuyur. SİA-nın məlumatına görə, yüz metrlərlə hündürlükdə müxtəlif hərəkətlər edən Oleq hətta selfi çəkdirməyi belə unutmur.

İnsanın ürəyini ağzına gətirən hərəkətləri çəkərkən İnstagram səhifəsində yayan alpinist çox insanın rəğbətini qazanıb.

Həyatda heç nədən qorxmadığını deyən Oleqin bircə məqsədi var.

"Elə bir hündürlüyü dəf etmək istəyirəm ki, ora insan ayağı dəyməsin - deyə, Oleq Kriket səhifəsində yazıb.

Təhlükəli hobbisi üçün dünyanın dörd bir yanını gəzən alpinist Almaniya, Fransa, Dubay və digər yerlərdə hündürmərtəbəli binaların üstü ilə gəzməyi xoşlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə