Bu ölkənin kralı gecələr gözəgörünməz olur VİDEO

Bu ölkənin kralı gecələr gözəgörünməz olur VİDEO

Bu ölkədə insanlar hələ də kralın gecələr gözəgörünməz olduğuna inanır. Bəşəriyyət nano-texnologiya erasına qədəm qoysa da, görünür bəzi xalqlar inkişaf etmək niyyətində deyil. Afrika ölkəsi Benində əhalinin dünyagörüşünün səviyyəsi bütün dünyanı heyrətləndirir.

Əslində Benində krallıq dövrü hələ 19-cu əsrdə başa çatıb. İndi ölkə demokratik qanunlarla idarə olunsa da, xalq prezidentdən çox heç bir hüquqi statusu olmayan krala və ailəsinə etibar edir. Bu krallıqda insanlar kralın fövqəl-gücə malik olduğuna inanır. Onun istədiyi vaxt qeybə çəkildiyinə inanmamaq isə bu ölkədə cəhalət kimi qəbul edilir. Uşaqların bu təfəkkürlə böyüməsi isə ölkədə nəsildən nəslə keçir.

Səyahət üçün səfər etdiyi krallıqda gördüklərinə inanmayan Fransalı fotoqraf Erik Laforq cəmiyyətin bu durumunun təhsilin səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Onun sözlərinə görə günəşin od yağdırdığı ölkədə sadəcə kral üçün çətir gəzdirilə bilər. Həmin çətir mütlər saat istiqamətində fırlanmalıdır. Bu, kralın və səltənətin uzunömürlü olması üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir. Xalqın krala "tanrı" kimi yanaşması, monarxiyanın devrilməsindən sonra işsiz qalan kralın da işinə yarayır. Sakinlər kralla şəkil çəkdirə bilmək üçün 250 dollar pul ödəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə