14 yaşlı oğlanın ixtirasına Obama müştəri çıxdı VİDEO

14 yaşlı oğlanın ixtirasına Obama müştəri çıxdı VİDEO

Son günlər ABŞ-ın Texas ştatında yaşanan hadisə geniş rezonans doğurub. Əhməd Məhəmməd adlı 14 yaşlı müsəlman yeniyetmənin məktəbə özü düzəltdiyi saatla gəlməsi qalmaqala səbəb olub. Müsəlman gəncin düzəltdiyi cihazın bomba olduğunu zənn ediblər. Yeniyetmə üçün çağırılan polis onun qoluna qandal vuraraq, sorğu üçün aparıb. Gəncin günahsız olduğu məlum olub.

Hadisə Amerikada böyük səs-küy yaradıb və hər kəs Əhmədə dəstək olub. "Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq səhifəsində gənc yeniyetmə haqda status yazaraq, onu dəstəklədiyini bildirib.

Prezident Barak Obama isə öz səhifəsində "Əla saatdı, Əhməd. Onu "Ağ Ev"ə də gətirə bilərsən? Biz sizin kimi uşaqları sevməli və dəstəkləməliyik. Siz Amerikanı yüksəklərə qaldırırsınız" kimi sözlər yazıb.

SİA hadisə ilə bağlı videonu təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə