"Hacı" Məkkəyə viski aparmaq istədi FOTO

"Hacı" Məkkəyə viski aparmaq istədi FOTO

"Məni niyə saxlayıbsınız? Məni niyə yoxlayırsınız?! Həccə gedirəm, zəvvaram, hacıyam, Allahın qəzəbinə gələrsiniz!" Bu sözləri deyən şəxs tez-tez "Allahu-əkbər!" deyir, qəzəblə danışırdı. Gömrükçülərlə polis isə şübhələndikləri bu şəxsin sözlərinə əhəmiyyət verməyərək, onun üst-başını axtarmağa başlayıblar. Nəticə yaxınlıqda durmuş sərnişinlərdə şok effekti yaradıb. SİA xarici mətbuata istinadən məlumatına görə, Məkkəyə yollandığını deyən adamın üstündən 12 butulka viski çıxıb.

Bu şəxs spirtli içki idxalının qəti qadağan olunduğu Səudiyyə Ərəbistanına qaçaqmal yolu ilə viski keçirmək istəyirdi.

Alt paltarında və şalvarında "gizli ciblər" tikən "hacı"nı indi sərt cəza gözləyir.
Spirtli içki qaçaqmalçısı, Məkkəyə yollandığını deyən şəxs Kral Fəhd körpüsünin girişində saxlanılıb.

Bu şəxsi ən azı 6 aylıq həbs və 75 şallaq cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə