Mayk Taysonun tərk edilmiş sarayı FOTOLAR

Mayk Taysonun tərk edilmiş sarayı FOTOLAR

24 yaşlı fotoqraf Conni Coo məşhur boksçu Mayk Taysonun Ohayo ştatında olan tərk edilmiş dəbdəbəli sarayını ziyarət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1980-ci ildə inşa olunan villanın daxili təmirinə külli miqdarda investisiya qoyulub. Belə ki, boksçu evinin divarlarını, döşəməsini mərmər daşlarla, tavanı isə güzgü və büllur çilçıraqlarla bəzətdirib.

Təcavüzdə ittiham olunan boksçu həbs olunandan sonra bu dəbdəbəli həyatı ilə vidalaşmalı olub. Bir döyüşdən 30 milyon dollar qazanmasına baxmayaraq, həbs müddətində iflasa uğrayan Tayson ciddi maliyyə çətinliyi çəkib.

1999-cu ildə Maykın imarəti 1,3 milyon dollara hərracda satılıb. Satılan saray az zamanda sahibini başqa sahiblərlə əvəzləyib.

Daha sonra baxımsız qalan villa ev sahibinin şəxsi icazəsi ilə dövlət tərəfindən alınıb və kilsəyə çevrilməsi planlaşdırılıb.

Sözügedən sarayın fotolarını təqdim edirik: