Ən uzun qədim Misir manuskripti tapılıb

Ən uzun qədim Misir manuskripti tapılıb

Belçikalı arxeoloq araşdırılmamış arxivlərində yaşı 4 min ildən çox olan Misir manuskripti aşkar edib. Lülə şəklində bükülmüş təqribən 2,5 metr uzunluğunda ikitərəfli dəri manuskriptdə dini mərasimləri keçirmək üçün lazımlı mətnlər yazılıb. "Discovery News"un bu barədə məlumatında deyilir ki, alim manuskripti Qahirədə, Misir Muzeyinin kitabxanasında tapıb. Məlum olub ki, manuskript muzeyə ikinci Dünya müharibəsindən bir qədər əvvəl təhvil verilib. Onu arxivə göndərib və unudublar. Manuskriptdə orta çarlıq dövrünün əvvəllərinə aid "İki Yolun kitabı"nın mətnləri və təsvirləri yer alıb. Dəfn ayinlərinin çoxunun əsasını təşkil edən bu mətnlərdə axirət dünyasından danışır. "İki Yolun kitabı" məşhur "Ölülərin kitabı"nın sələfidir.

Arxeoloqun fikrincə, manuskript "İki Yolun kitabı"nın əsli ola bilər. Onunla eyni yaşda olan və bizim günlərə gəlib çatan daha altı manuskript papirus üzərində yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə