Daşürəkli ana iki azyaşlı övladını ac-susuz mağarada tərk etdi. Dəhşətli cinayət ABŞ-ın Missuri ştatında baş verib. Kanzas şəhərindəki mağaralardan birində tapılan 2 uşağın günlərdir qidalanmadan burda gecələdiyi məlum olub.
Uşaqlardan birinin 4, digərinin isə 6 yaşı var. Ayaqyalın və miskin vəziyyətdə aşkarlanan uşaqların anası Britani polis nəzarətinə götürülüb. 24 yaşlı qadın övladlarının həyatını təhlükəyə atmaqda günahlandırılır. Mağaranın yaxınlığında bir neçə təmir sexi var. Elə polislər qanunsuz fəaliyyət göstərən sexləri aşkarlayarkən uşaqların mağarada ölümə tərk edildiyini öyrənib.
Uşaqların heç bir qida məhsulu və su olmadan bu mağarada necə sağ qaldığı məlum deyil. Böyük ehtimalla onlar divardan sızan çirkli su ilə qidalanırmış. Xəstəxanaya çatdırılan uşaqların vəziyyətinin normal olduğu bildirilir. Ölkə mediyasında geniş yer alan olay vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb. Sakinlər öz övladlarına qarşı bu cür amansızlıq edən ananın ağır şəkildə cəzalandırılmasını tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB