Sevgilisini küçədə döydü VİDEO

Türkiyədə səhər saatlarında iki sevgilinin davalarını naməlum şəxs telefonu ilə görüntüyə alıb. Qızın saçından tutub onu sürüyən şəxs qızın "nə olar, yalvarıram etmə" deməsinə baxmayaraq, qızı döyməyə davam edib. Ətrafdakı vətəndaşların hadisəyə müdaxiləsindən hirslənən şəxs bu dəfə qızı buraxaraq, insanların üzərinə atılıb. İnsanları söyən oğlan vətəndaşlara atəş açacağı ilə təhdid edib. Bunu fürsət bilən qız isə oğlanın əlindən qaçaraq, evə girib. Vətəndaşların şikayətindən sonra hadisə yerinə gələn polis oğlanı həbs edib.

SİA həmin anları sizə təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə