Dünyanın ən böyük təndiri Astarada

Dünyanın ən böyük təndiri Astarada

Astara şəhərində Xəzər dənizinin sahilində salınmış park-bulvar kompleksinin ərazisində dünyanın ən böyük təndiri inşa olunur. Hüdürlüyü 6,5, eni isə 12 metr olan təndirin inşasında kərpic və daşın əvəzinə əsasən yüngül metal konstruksiyalardan istifdə olunub.

Əsasən üç bölmədən ibarət olacaq təndirdə talış mətbəxinin ən məşhur yeməkləri hazrılanacaq, eləcə də çörək bişiriləcək. Hazır təamlar isə park-bulvara istirahətə gələn qonaqlara təklif olunacaq.

Hazırda inşaatçılar suvaq işləri ilə yanaşı, tavan hissəsinin də tikintisini davam edirirlər.

Dünyanın ən böyük təndirinin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə