Aparıcı 58 hərflik sözü asanlıqla dedi VİDEO

Aparıcı 58 hərflik sözü asanlıqla dedi VİDEO

Ukraynadakı NTN telekanalıın "Svidok" xəbərlər proqramının aparıcısı Yekaterina Bulatova Avropada ən uzun yer adını səlis şəkildə, çaşmadan söyləyib.
Bu ad 58 hərfdən ibarət "Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoc"dur. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu minvalla Bulatova Britaniyanın "Channel 4" telekanalındakı hava proqnozu diktoru Layam Dattonun rekordunu təkrarlayıb.

"Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch" Uelsdəki Llanvayr-Pullqvinqill kəndinin rəsmi adıdır.
Bu adın hərfi mənası "Qırmızı mağarın yanındakı Müqəddəs Tisili kilkəsinin və çılğın burulğanın yaxınlığındakı ağ qoz ağacları çökəkliyindəki Müqəddəs Mariya kilsəsi"dir.

Hazırda 3400 sakini olan kənddə yaşayanların tam əksəriyyəti "Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch" kəlməsini asanlıqla deyir.
Bu adı 1860-cı ildə dərzi Con Morris-Consonun turistləri cəlb etmək üçün düşündüyü deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə