Bu evdə hər şey “tərs” dayanır

Bu evdə hər şey “tərs” dayanır

Antalyada bir qrup təşəbbüskar tərəfindən tikilən qeyri-adi evdə xarici görünüşündən tutmuş içərisindəki əşyalara qədər hər şey "tərs" dayanır.

Türkiyənin "TRT Haber" saytı xəbər verir ki, Kundu Turizm Bölgəsində layihəsi Rusiyadan gətirilərək sahibkarlar Kaan Karahan, Görkem Cantürk və Tanya Makorava tərəfindən tikilən "tərs" ev daxili və xarici görünüşü ilə hər kəsin diqqətini çəkir. Giriş qapısının belə tərs olduğu evdə, pərdələr, mətbəx mebeli, yataq otağı, şkaflar, paltaryuyan maşın və demək olar ki, bütün əşyalar tavanda yerləşir.

Sahibkarlar bildirirlər ki, dünyada 12 tərs ev var və 13-cüsünü Antalyada açdıq. Evin tavan hissəsinin yerdə, yerdə olması lazım olan hissəsinin isə tavanda yerləşməsi bu qeyri-adi evə gələnlərə böyük çaşqınlıq yaşadır. Qonaqlar tavandakı əşyalara yapışaraq tarazlıqlarını təmin etməyə çalışırlar. İnsanlar tavandakı əşyalarla fotoşəkil çəkdirirlər. Bu fotoşəkilləri 180 dərəcə çevirdikdə özləri tavanda asılı kimi görünürlər. "Tərs" evin turizm baxımından çox əhəmiyyətli olacağını düşünürük. Buraya il ərzində 100 min turistin gəlməsini gözləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə