Çaxmaq daşı Litvanın milli daşı seçilib

Çaxmaq daşı Litvanın milli daşı seçilib

Çaxmaq daşı Litvanın milli daşı seçilib. Litva Ətraf Mühitin Mühafizəsi Nazirliyinin nümayəndəsinin sözlərinə görə, seçim zamanı bu daş minimum səs çoxluğu ilə kəhrəbanı qabaqlayıb. Milli daşı Geoloqlar Günü münasibətilə keçirilən bayramın iştirakçıları, Litva Geoloqlar İttifaqının (LGİ) saytının istifadəçiləri və LGİ-nin ötən ilin noyabrında keçirilən qurultayının nümayəndələri seçiblər.

Çaxmaq daşı çökmə dağ süxurlarında kristallik və amorf silisium oksidindən (SiO2) ibarət mineral törəmədir.

Qədim zamanlarda çaxmaq daşından od əldə etmək, habelə silah və məişət əşyaları, məsələn, ox ucluqları, bıçaq, balta hazırlamaq üçün istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə