Planetin ən gözəl qadınının makiyajını belə təkrarlayın

Planetin ən gözəl qadınının makiyajını belə təkrarlayın

Planetin ən gözəl qadın Ayşvariya Rayın Kann festivalında yaradılmış bu obrazı hamıda heyranlıq yaratdı. 1994-ci ildə "Miss dünya" titulunu qazanmış aktrisa hələ də onu qorumağı bacarıb. Ayşvariyanın elə nadir tipaj qadın gözəlliyi var ki, makiyajda eyni zamanda gözləri və dodaqları vurğulamağa imkan verir. Bu zaman isə "vulqar" və şit görünmür. Bunun sirri nədədir? Gecce.az hind gözəlinin makiyajını təkrarlamağın yollarını sizlərlə bölüşür.

Deməli, makiyajda yüngüllüyü və təmizliyi qoruyub saxlamaq çox vacibdir. Bunu tonal kremlər vasitəsilə edə bilərsiniz. Daha yüngül teksturalı, sifətə təbii görünüş bəxş edən kremlərdən istifadə edin. Ən əsası dəri rənginizə uyğun çalar seçin.

Gözləri layner vasitəsilə vurğulayın, amma Ayşvariyada olduğu kimi nazik çəkməyə çalışın. Süni kirpiklərə ehtiyac yoxdu. Tuşla yüngülcə kirpiklərinizi qaldırın.

"L'Oreal"-dan qırmızı "Color Rish" 377 dodaq boyası ilə dodaqlarınızı boyayın. Dodaqların mərkəzindən başlayıb kənarlarında bitirin. İndi təbiilik dəbdə olduğu üçün dodaq karandaşından istifadə etməyin.

Bütün xəbərlər Facebook səhifəmizdə