Bu qadının sirrini min təbib anlamadı VİDEO

Bu qadının sirrini min təbib anlamadı VİDEO

O bədən üzvlərinin bütün hərəkətlərini eşidir. 28 yaşlı Raçel Payn gözlərinin hərəkət səsini, ürəyinin döyüntüsünü eşidir. Qadın nə televizor izləyə bilir, nə də musiqiyə qulaq asa bilir. Çünki qulaqları səsi həddindən artıq çox eşidir. 9 həkimə müraciət etsə də, onlar qadının xəstəliyini müəyyənləşdirə bilməyiblər. Nəhayət sonda rast gəldiyi həkim Quinton Qopen onun dərdini anlayıb. Həkimin bildirdiyinə görə qulağın içində olan balans və eşitməni orqanında bir sümük anormal şəkildə yırtılıb. Buna görə də qadın bədənində olan bütün reaksiyaların səslərini eşidib. Həkim qadının iki əməliyyata ehtiyacı olduğunu bildirib. Hər iki əməliyyatı edən qadın yenidən öz sağlamlığına qovuşub.

Bütün xəbərlər Facebook səhifəmizdə