Kişilər niyə qadınlarını baltalayır?

Kişilər niyə qadınlarını baltalayır?

Şiddət bir nəticədir. Bir insanın səbəblərini bilmədən, araşdırmadan gəldiyi son nöqtə...

Mediada son dövrlər sürətlə artan bu tipli xəbərlər cəmiyyətimizdə qadına şiddətin yüksək dərəcədə olduğunu sübut edir. Şiddət kişilərin hegemon olduqları cəmiyyətlərdə daha çox rast gəlinir. Bu hadisələr o qədər təkraralanır ki, hətta şiddət, nəfəs almaq kimi adi hala gəlir. Şiddət cəmiyyət tərəfindən qınağa çevrilmirsə, kişilər bu məsələdə bir-birinə haqq verirsə və qanun bu kimi hallar zamanı sərt cəzalar tətbiq etmirsə bu hallar cəmiyyətdə kök atmağa başlayır. Ən pisi də odur ki, sürətlə yayılır.

Ailə daxilində olan şiddəti görüb müdaxilə etməyən, polisə deməyən insan da əslində cinayət işləmiş olur. Çünki ailədaxili şiddət yavaş-yavaş formalaşır. Əvvəl kişi qadına bir-iki dəfə şillə vurur, gələn dəfə döyür, o biri dəfə isə bu sistem daha da ağırlaşır-kişi qadını döyərkən silahlanır. Ağlının yetmədiyi hissələrdə silah işə keçir. Bu kimi hallar çox vaxt yaralanma, bəzən də ölümlə nəticələnir. Gəlin ölkəmizdə son illər baş verən bu proseslərə nəzər salaq:

2012-ci il

- Bakıda Binəqədi qəsəbəsi sakini Elgün Ağamalıyev həyat yoldaşı Könül Ağamalıyevanı bıçaqlayaraq qətlə yetirdi.

-Yevlaxda Məhəmmədiyyə Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq arvadı Sürəyya Qasımovanı öldürdu. .

2014-cü il

- Qazax rayonu İkinci Şıxlı kəndində yaşayan 1936-cı il təvəllüdlü Musa Musayev həyat yoldaşı 1933-cü il təvəllüdlü Gülşad Musayevanın başınıbalta ilə parçalayıb.

-Səbail rayon sakini 1072-ci il təvəllüdlü Əliyev Elmar salman oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyevanıbıçaqlayaraq öldürüb.

- Qazax rayon Şıxlı kənd sakini 80 yaşlı Musa Musayev övladlarının evdə olmadığı vaxtda həyat yoldaşı Gülşad Musayevanı qətlə yetirərək sonra onu yandırıb.

2015-ci il

-Şəkidə 1939-cu il təvəllüdlü İslam Zəkəriyyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə qətlə yetirdi.

-Sabirabad rayonu sakini 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib.

-Bakıxanov qəsəbəsi sakini 1960-cı il təvəllüdlü Nuriddin Məmmədtağı oğlu Bayramov qeyri-rəsmi yaşadığı həmyerlisi, 1969-cu il təvəllüdlü Zeynəb İsmayıl qızı Alışovanı boğaraq qətlə yetirib.

Bu gün isə Bakının Xətai rayon sakini 1965-ci il təvəllüdlü Yusif Ağayev evdə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Davanın sonunda ər arvadı Gülnarəni baltalayıb.

Bu nümunələr son illərdə Azərbaycanda qadına göstərilən şiddətin nəticəsidir. Nə qədər acı da olsa, bunlar gerçək nümunələrdir. Kimisi həyat yoladışını boğaraq, kimisi güllələyərək, kimisi bıçaqlayaraq, daha çox kişi isə baltalayaraq öldürür. Bu da bəzi azərbaycanlı "kişilərin" məharəti. Əhsən sizə!

Bütün xəbərlər Facebook səhifəmizdə