İspanların üçdə iki hissəsi məzuniyyətdən sonrakı dövr sindromundan əziyyət çəkir. "Rason" qəzeti xəbər verir ki, ispanların çoxu məzuniyyətləri bitəndən sonra depressiyaya düşür.
"Sanitas" təşkilatının araşdırmalarına görə, Pireney krallığı təbəələrinin 65 faizi məzuniyyətdən sonrakı dövr sindromundan əziyyət çəkir. İspanlar gözəl yay istirahətindən sonra işə qayıtmaq istəmirlər. Çünki iş onlarda qəmginlik, yorğunluq, əsəbilik kimi hisslərlə assosiasiya olunur.
Qayğısız istirahətdən cansıxıcı günlərə kəskin keçid iştahanın itməsi, əzələ ağrıları və əsəbilik kimi hallarla müşayiət olunur. Yeknəsək işlə məşğul olan 45 yaşınadək adamlar məzuniyyətdən sonrakı dövr sindromundan daha çox əziyyət çəkirlər. Amma bu sindrom bəzi insanlara bir neçə gün əziyyət verirsə, başqalarında bir neçə həftə müşahidə olunur.
Normal iş rejiminə dönməyə işdən evə tez qayıtmaq, əsas işləri səhər saatlarında görmək, özündə xoş ovqat yaratmaq və idmanla məşğul olmaq kömək edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB