ABŞ-ın Virciniya Universiteti alimlərinin gəldiyi qənaətə görə, yeniyetmə yaşlarında sədaqətli dostları olan adamlar həyəcan və depressiya əlamətləri ilə çox az rastlaşırlar. "Zee News" xəbər verir ki, tədqiqatda 7 və 8-ci siniflərdə oxuyan 171 şagird iştirak edib.
Alimləri könüllüləri 13 yaşdan 27 yaşadək müşahidə ediblər. 13-17 yaşlı məktəblilər anket dolduraraq, yaxşı dostlarının sayı barədə məlumatları mütəxəssislərlə bölüşüblər. Anketlərdə dostluq münasibətlərində etimad dərəcəsi, kampaniyaya uyğunlaşmaq meyli qiymətləndirilib. Sınaqda iştirak edənlər 25-27 yaşlarında müayinə olunublar.
Alimlər başqa xəstəliklərdən danışmırlar. Amma psixi pozuntuların orqan və sistemlərin əksəriyyətində xəstəliklərə səbəb olması artıq elm tərəfindən sübuta yetirilmiş faktdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB