Sehrli şorba vasitəsilə 6 gün ərzində 7 kilo arıqlaya bilərsiniz! SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu şorbanın reseptini Amerikalı cərrahlar əməliyyat öncəsi piylənmədən əziyyət çəkənləri arıqlatmaq üçün fikirləşiblər.

Şorba çox effektivlidir, belə pəhriz - çox sərt deyil və çox tez arıqlamağa imkan verir. Kərəviz pəhrizinin saxlamağa hansısa əks göstəriş və ya hər hansı məhdudiyyət yoxdur, hər kəs pəhrizə riayət edə bilər. Kərəvizi müntəzəm istifadə etdikdə cavanlaşdırıcı, təmizləyici təsir göstərir.

Kərəviz pəhrizi 1 həftəyə nəzərdə tutulub, bu günlər ərzində şorbadan əlavə, banan istisna olmaqla bütün meyvələr yemək, tərəvəzlərdən kartof istisna olmaqla hamısını rasiona daxil etmək olar. Məhdudiyyətsiz qazsız mineral su, təmiz su, yaşıl çay və şəkərsiz qəhvə içmək olar. Əsas şərt odur ki, hər gün bir boşqaba sehrli şorbadan için.

Beləliklə, resepti təqdim edirik:

0,5 kilo kərəviz
0,5 kələm
6 ədəd soğan
3 təzə və ya konservləşdirilmiş pomidor
2 ədəd şirin bibər
duz
qara istiot

Bütün tərəvəzləri doğrayın, üzərinə 3 litr su, duz, istiot əlavə edib 10 dəqiqə qaynadın. Daha sonra daha kiçik qazda tərəvəzlər bişənə qədər bişirin.

Bütün xəbərlər Facebook səhifəmizdə