Dünyanın ən bahalı 6 villasını təqdim edirik: Siyahıdakı ən ucuz ev Bil Qeytsə məxsusdur. ( varidatı 67 milyard dollar)
Villa ABŞ-ın Vaşınqton ştatında yerləşir.
Qiyməti: 120.5 milyon dollardı.
Microsoftun yaradıcısı olan Qeytsin evi də yüksək texnika ilə təchiz olunub. Villada musiqili su hovuzu, hər otaqda isə idarəedici cihazlar var. Bu cihazlar temperaturu, musiqini və işiqlandırmanı idarə edir.
Blossom Estate

Sahibi Ken Qriffindir (varidatı 4.1 milyard dollar)
Villa Floridanın Palm Biç şəhərində yerləşir. Qiyməti isə 130 milyon dollardı. (2012-ci ilin qiymətlərinə görə)
Məşhur investor okeanın sahilində ümumi sahəsi 3 hektara çatan ərazidə bu villanı tikdirib.
Broken O Ranch

Sahibi Stenli Kronkedir. ( varidatı 5 milyard dollar)
Montana ştatının Avqusta şəhərində yerləşir. Villanın kataloq qiyməti isə 132.5 milyon dollardı. Lakin əslində neçəyə satıldığı açıqlanmır.
Montana ştatının qaydalarına uyğun olaraq, satilan mülkiyyətin dəqiq qiyməti heç zaman açıqlanmır. Sahədə böyük yaşayış villası, hovuz , 4500 baş mal-qara və geniş əkinçilik sahəsi var.
Ellison Estate

Sahibi Larri Ellison. (varidatı 43 milyard dollar)
Kaliforniya ştatının Vudsayt şəhərində yeləşir.
Ümumi dəyəri 200 milyon dollardır.
"Oracle" korporasiyasının təsisçisi və icraçı direktoru dünyada daşınmaz əmlakın ən ehtiraslı kolleksiyaçılarından biridir. Yapon üslubundaki ev 2004-cü ildə inşa edilib. Demək olar ki, 10 hektar ərazidə 10 yaşayış və kommersiya binaları, süni göl, çay evi, hamam və balıq hovuzu yerləşir.
Fair Field Estate

Sahibi Ayra Rene (varidatı 6.5 milyard dollar)
Nyu- York ştatının Saqaponak şəhərində yeləşir.
Dəyəri təxmini 248 milyon dollardı.
Villada üç hovuz, 29 yataq otağı, 39 vanna otağı, idman zalı yerləşir. Həmçinin Renenin sənət əsərlərinin sərgiləməsi uçün muzey də mövcuddur. Evin yaxınlığında beş tennis kortu və helikopter meydançası da var.
Villa Leopolda

Siyahıdakı ən bahalı ev isə Lili Safraya məxsusdur. (varidatı 1.2 milyard dollar)
Fransada yerləşir. Dəyəri isə 750 milyon dollardı. (2008-ci ilin qiymətləri ilə)
Bankir Edmond Safranın dul arvadına məxsus villada 11 yataq otağı və 11 vanna otağı, çimərlik, zeytun, limon və sərv bağları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB