Sosial şəbəkə istifadəçiləri polietilen paketlərdən hazırlanmış geyimlərdə "selfi"lər dərc edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, flaşmob Tayvandda meydana gəlib. Aksiya iştirakçıları adi supermarket paketlərini mayka və ya dəniz geyimi kimi istifadə edirlər.
Qeyd olunur ki, "7-Eleven" marketlər şəbəkəsinin paketlərindən hazırlanmış "geyimlər"lə çəkilmiş şəkillər xüsusi statusa malikdir.
Xatırladaq ki, istifadəçilər arasında yayılan belə tendensiya dəb sənayesinin aktual trendləri ilə səsləşir. Belə ki, bu ilin aprel ayında Avstraliyada "Mercedes Benz" dəb həftəsində "St George New Generation" şousunda iştirak edən modellər də podiuma başlarında polietilen paketlərlə çıxmışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB