Son 100 ilin moda tarixlərini nümayiş etdirən bir neçə dəqiqəlik videolar internet məkanında çox populyardır. Kişi geyiminin inkişaf mərhələlərini, Rusiyada, İranda qadın gözəlliyinin dəyişilmə prosesini ehtiva edən videolar çox maraqla qarşılanıb. İndi növbə çimərlik geyimlərinə gəlib.
Təqdim etdiyimiz 3 dəqiqəlik video çarxda son 100 il ərzində kişi çimərlik geyimləri dəbinin necə dəyişdiyini izləmək mümkündür. Onu da qeyd edək ki, dəb kifayət qədər çox dəyişmişdir. Məsələn, 1915-ci ildə kişilər suda demək olar ki, kombinezonda çimirdilər. Zaman keçdikcə çimərlik kostyumu daha rahat oldu.
Ən açıq kişi çimərlik geyimi isə 70-cı illərdə dəbə minib. Sonra isə uzunluğu artıb, 90-cı illərdə isə adi şorta bənzəyib.
SİA həmin videonu təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB