Duyğuların beyin dalğaları ilə suda əks olunması VİDEO

Duyğuların beyin dalğaları ilə suda əks olunması VİDEO

Lisa Park EEG sensorlarından istifadə edərək "Eunoia II" adlı interaktiv performansla duyğularını suda əks etdirib. Lisa Parkın həyata keçirdiyi "Eunoia II" təcrübəsi 48 hovuzundan təşkil olunub. O, bu performansı, filosof Brayş Spinozanın " Ethika" adlı kitabında bəhs etdiyi "48 duyğu"dan (məyusluq, həyəcan və meditasiya kimi) təsirlənərək hazırlayıb. Performansın adı isə "gözəl düşüncə" mənasına gəlir. "Eunoia" yunan dilində "ey" (yaxşı) və "nous" (zehin) sözlərindən götürülüb.

Performansda sənətkarın beyin dalğalarının frekansları EEG sensorları ilə ölçülür və müxtəlif proqramlardan istifadə edilərək səs dalğalarına çevrilir.

Performansda, sözün əsl mənasında Park, daxili savaşlarını (özü ilə olan mübarizəni) izləyicilərə təqdim edib. Parka bağlanan EEG ilə beyin tezlikləri qəbul edilir və bir algoritmayla bu dalğalar naqillərin köməyi ilə hovuzlarda səs dalğalarına çevrilir. Bu səs dalğaları suda vizual görüntü yaradır.
Haqqında bəhs etdiyimiz möhtəşəm kadrlar:

Bütün xəbərlər Facebook səhifəmizdə