“Sisini ABŞ prezidenti edək” Kampaniyası

“Sisi göz qırp, kifayətdir”
“Sisini ABŞ prezidenti edək” Kampaniyası

Misir Prezidenti Əbdülfəttah Sisiyə pərəstişkarlıq edən bir qrup şəxs sosial şəbəkədə "Sisini ABŞ prezidenti edək" şüarı ilə kampaniya başladıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu kampaniya Sisiyə dəstək vermək məqsədilə başladılıb.

7 avqust tarixində start verilən kampaniyaya bu günə qədər 57 min 455 adam dəstək olub. Kampaniya çərçivəsində Sisiyə tərif dolu yazılar paylaşılır. Ən diqqət çəkən yazı isə "Sisi göz qırp, kifayətdir" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə