Spirtli içkilərdən tamamilə imtina etmək alkoqolizmdən də təhlükəlidir

Spirtli içkilərdən tamamilə imtina etmək alkoqolizmdən də təhlükəlidir

Spirtli içkidən tamamilə imtina etmək alkoqolizmdən də təhlükəlidir. Spirtli içkilərdən birdən-birə imtina etmək insan orqanizminə böyük ziyan vurur. İyirmi illik tədqiqatın nəticələrini dərc edən "Alcoholism: Clinical and Experimental Research" jurnalı xəbər verir ki, psixoloq Karl Holaqanın rəhbərliyi ilə Texas Universitetinin alimləri bu qənaətə gəliblər.

Amerikalı alimlərinin eksperimentində 1800-dən çox 55-65 yaşlı könüllü iştirak edib. Onları alkoqoliklərdən, orta içənlərdən və heç spirtli içki içməyənlərdən ibarət üç qrupa ayırıblar.

Məlum olub ki, alkoqoldan tamamilə imtina edənlər başqalarından tez ölür. Onların, orta hesabla, 69 faizi heç 65 yaşa qədər yaşamayıb. Alkoqoliklər arasında bu göstərici 60 faiz, orta içənlər arasında isə cəmi 41 faiz təşkil edib. Hərçənd alkoqollu içkilərin xəstəliklərin inkişafı və bədbəxt hadisələr riskini artırması da aşkar faktdır.

Eksperimentdə başqa amillərdən asılılıq müşahidə olunmayıb. Yəni insanın qazancı, idmanla nə dərəcədə intensiv məşğul olması, dostlarının sayı elə bir əhəmiyyət daşımayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə