Kreditə satılan mobil nömrələr Şok qiymətlər

Artıq mobil telefon nömrələri də kreditlə satılır
Kreditə satılan mobil nömrələr Şok qiymətlər

İstehlak kreditlərinin əhatə dairəsi ildən-ilə genişlənir. Artıq mobil telefon nömrələri də kreditlə satılır. Hətta 6000 manata kreditə verilən nömrələr var. Müxtəlif qiymətə müxtəlif nömrələr. Bu nömrələrin hamısı kreditlə satılır. Sosial şəbəkələrdə nömrələrin kreditlə verildiyini göstərən müxtəlif səhifələr var.

Məlumatlara görə həmin nömrələr şəxsiyyət vəsiqəsi ilə və faizsiz olaraq təklif edilir. Nömrələri 9 aydan 24 aya qədər müddətə kreditə almaq olar.

Qiymətlərdən belə məlum olur ki, bəzi nömrələr mobil telefonların özlərindən dəfələrlə bahadır. İqtisadçıların fikrincə prosesin özü tam qanunauyğundur.

Nömrə satışı ilə məşğul olanlar bahalı nömrələrin nağd alışının çətin olduğunu nəzərə alıb, onların kreditlə satışını təşkil edirlər. Bir növ xüsusi kampaniyalarla insanları şirnikləşdirirlər.

İnsanlara kreditlə nömrə alışı adi görünsə də bu sonradan müəyyən problemlərə səbəb ola bilər.

Mobil operatorlardan isə bildirirlər ki, bütün nömrələr distrybuterlərə standart qiymətə satılır və nömrələrin satışına nəzarət edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə