"Mercedes-Benz" rekord qırdı
Alman avtomobil istehsalçısı "Daimler"in lüks avtomobil markası "Mercedes-Benz" iyul ayında rekord satış həyata keçirib. SİA-nın xəbərinə görə, "Mercedes-Benz" Çin və Avropadan güclü tələbin nəticəsində iyul ayında satışlarını 15,2 artıraraq 149,753 ədədə çıxarıb.

İlin ilk 7 ayında isə nəzər salsaq görərik ki, satışlar 14,7 faiz arataraq 1 milyon 48 minə çatıb.

İyul ayında Çində satışlar 41,5 faiz, Avropada isə 11,6 faiz artıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə