Dünyanın ən yüksək göydələninə ev sahibliyi edən Dubay artıq ikinci yüksək göydələn inşa etməyə hazırlaşır. SİA-nın məlumatına görə, "Meydan One" adlı nəhəng layihə çərçivəsində inşa ediləcək "Dubai One" adlı göydələnin hündürlüyü 711 metr olacaq. 885 mənzilli göydələn nə az nə çox 78 min 300 adama ev sahibliyi edəcək. "Meydan One" layihəsinin içində nəhəng marina, 25 min metrlik idman kompleksi, 300 metrlik çimərlik, 60 min nəfərlik plaza, 300 restoran və alış-veriş mərkəzinin yer alacağı gözlənilir. Dubay səlahiyətliləri qeyd ediblər ki, 2020-ci ildə tamamlanması planlaşdırılan "Meydan One" da dünyanın ən böyük bəzək hovuzu və bağlı xizək arenası fəaliyyət gpstərəcək.
Qeyd edək ki, hal-hazırda Dubayda 828 metrlik Burj Xalifa dünyada birinci yerdə, ikinci yerdə isə Çindəki 632 metr yüksəkliyi ilə Şanxay Towerdir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB