68 yaşlı qarı 20 ildə 10 insanı parçalayıb

68 yaşlı qarı 20 ildə 10 insanı parçalayıb

Rus mediasının "Qarındeşən nənə" ləqəbini qoyduğu Tamara Samsonovanın işlədiyi qorxunc cinayətlər, keçdiyimiz günlərdə 79 yaşındakı Valentina Ulanova adlı bir qadının başsız cəsədinin Dimitrova Prospektindəki bir hovuzun yanında tapılması ilə ortaya çıxdı. SİA-nın Tass agentliyinə istinadən verdiyi məlumata görə, Samsonovanın bir müddətdir yaşlı qadının qulluğunda durduğunu öyrənən polis "Qarındeşən nənə" ni izləməyə başlayıb.

Polis "Qarındeşən nənə" nin binasındakı təhlükəsizlik kamerası görüntülərinə baxanda isə 68 yaşındakı Samsonovanın qara zibil paketi ilə qurbanının parçalanmış cəsədini daşıdığı ortaya çıxdı.

"Qarındeşən nənə" nin evində edilən axtarış zamanı polis gündəlik tapdı. Belə ki, məlum oldu ki, yaşlı qadının son 20 il ərzində ən az 10 adamı eyni üsulla parçalayaraq öldürüb. Polis, gündəliklərdə, Sovetlər Birliyi dövründə bir oteldə xidmətçilik edən Samsonovanın vəhşiliyini təxminən 20 il əvvəl başlatdığını təyin etdi.

"Qarındeşən nənə" nin gündəliklərində işlədiyi cinayətləri və qurbanlarının cəsədlərini necə parçalayaraq ortadan qaldırdığını ən incə detalına qədər yazdığı ortaya çıxdı.

Polis gündəliklərdə yazılan cinayətlərlə o tarixlərlə eyni vaxta təsadüf edən və aydınlaşmayan itmə hadisələrinin olduğunu da müəyyən etdi.

Polis, yenə 2005-ci ildə arxasında heç bir iz buraxmadan itən "Qarındeşən nənə" nin ərinin da qurbanlardan biri olmasından şübhələnir.

Qeyd edək ki, polisdə sorğusu davam edən "Qarındeşən nənə" nin başqa cinayətləri də etiraf etdiyi, ancaq gündəliklərində olduğu kimi cinayətlərin detallarına girməkdən qaçdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə