15 yaşlı sevgilisinə görə, 12-ci mərtəbədən yerə düşən oğlan həyatını itirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Kayseri şəhərində Yenidoğan məhəlləsi, Mehmet Akif Ərsoy küçəsi, Doğayurt dalanında baş verib. Belə ki, 16 yaşlı sevgilisi Əhməd Qaraqurdu 15 yaşlı sevgilisi Esma evinə çay içmək və əylənmək üçün dəvət edir. Cütlük evdə olarkən qəflətən qızın atası evə gəlir. Bundan həyəcanlanan Əhməd eyvana qaçır. Qızın atası balkona çıxan kimi Əhməd eyvanın tutacaqlarından sallanmaq məcburiyyətində qalır. Lakin qızın atası balkonda çox dayandığı üçün Əhmədin qolları yorulur və oğlanın qolları boşalaraq 12-ci mərtəbədən yerə düşür.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB