“Bentley” şirkəti ən sürətli avtomobilini sahiblərinə təqdim etməyə hazırlaşır
İngiltərənin "Bentley" avtomobil şirkətinin rəhbərliyi "Breitling Jet Team" pilot qrupuna həsr edilən kupe "Continental GT"-nin xüsusi versiyasını sahiblərinə iyulun 31-i keçiriləcək "Sietl" aviaşousunda təqdim edəcəyini bildirib.
Xəzərxəbər şirkətin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislər "Continental GT"nin xüsusi versiyasının ən sürətli "Bentley" avtomobili olduğunu qeyd ediblər. Avtomobillərin kapotunun altında 6,0 litrlik benzin W12 tvin-turbo mühərriki quraşdırılıb. Mühərrikin gücü 626 at gücü və maksimal sürət 331 kilometr-saatdır.
"Continental GT" modelindən 7 ədəd istehsal olunduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB