Pizzanın vətəni İtaliyada dünyanın ən uzun pizzası bişirilib. SİA-nın məlumatına görə min 595 metrlik pizza rekord sahibi olub. Milanda 60 pizza ustasının 18 saatda hazırladığı pizza üçün 1,5 ton mozzarella pendiri, 2 ton pomidor sousu istifadə edilib ki, onun da ümumi ağırlığı 5 tona çatıb.
Bundan öncə ən uzun pizza rekordu min 415 metr ilə İspaniyada idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB