Dünyanın ən qəribə qadağaları FOTOLAR

Dünyanın ən qəribə qadağaları FOTOLAR

Dünyanın müxtəlif ölkələrində qəribə qadağalar tətbiq edilir. SİA həmin qadağalardan bəzilərini təqdim edir:

Sinqapurda saqqız çeynəmənin cəzası 1992-ci ildən bəri həbsdir. Bunun tək istisnası nikotin saqqızlarıdır. Siqaret çəkən kişilər bu saqqızları həkim resepti ilə aptekdən ala bilər.

Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsi qadağandır.

ABŞ-ın Kentucky əyalətində eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır.

Danimarkada bir restoranda yemək yediyinizdə tam olaraq doymayınca hesab ödəmək məcburiyyətində deyilsiniz.

Taylandda insanların alt paltarı geyinmədən evdən çıxması qadağandır.

İsveçrədə bazar günləri paltar asmaq qadağandır.

Yaponiyada kök olmaq qadağandır. Bir çox yapon da bu qadağaya riayət edir.

İtaliyada göyərçin yemləmək qadağandır. Qadağa ölkənin bəzi şəhərlərinə tətbiq olunur. Bu qanunun sərt şəkildə tətbiq olunduğu yer Venesiyadır. Bu qaydanı pozan şəxs 50-600 dollar arasında cərimələnir.

İsveçrədə saat 22.00-dan sonra tualetin sifonunu çəkmək qadağandır.

Türkmənistanda, paytaxtda foto çəkmək, qızıl diş taxdırmaq, evlilik öncəsi cinsi əlaqədə olmaq, opera və balet qadağandır.

Şimali Koreyada cins geyinmək qadağandır.

ABŞ-da Miçiqanda arabada sevişmək qadağandır. Ayrıca qadının saçı da qanunla ərinə aid sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə