Qarpız yemək vaxtıdı?

İyun ayı olmasına baxmayaraq artıq satışa qarpız çıxarılıb. Alıcıların əksəriyyəti "hələ tezdir, bu vaxt qarpız yemək təhlükəlidir" desələr də, satıcılar bu fikirlə razı deyillər. Mövsümü olmasa da, satışda qarpız var. Bu bostan bitkisi ilk baxışdan ağız sulandırsa da, alıcılar bu vaxt qarpız yeməyin doğru olmadığını deyirlər.

Paytaxt bazarlarında qarpızın 1 kq-nın qiyməti 1-2 manat arasında dəyişir. Yemiş isə 3 manata satılır. Satıcılardan bəziləri qarpız-yemişin açıq havada, bəziləri isə istixanada yetişdirildiyini deyir.

Satıcılar indi satılan qarpızı novbar adlandırırlar. Amma nədənsə gözümüzə az dəyir. Yəni piştaxtalarda qarpız barmaqla sayılacaq qədərdir. Satıcılar bunun səbəbini özünəməxsus şəkildə izah edirlər

Sabirabadda da yol kənarlarında qarpız satışı təşkil olunur. Burda qarpızın 1 kiloqramı 1 manat 50 qəpiyə təklif edilir. Mütəxəssislər qarpızın düzgün yetişdirildiyi təqdirdə onun istənilən mövsümdə bazara çıxarıla biləcəyini deyirlər. Əsas məsələ onun saxlanılma şəraitinə diqqət yetirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə