Olduqca təhlükəli hərəkətləri heç bir tərəddütə qapılmadan edir
Bu şəxs Azərbaycanda yaşayır

Qusar sakini olduqca təhlükəli hərəkətləri heç bir tərəddütə qapılmadan edir. 41 yaşlı arıçı çılpaq şəkildə arı yeşiklərinin içinə girir və uzun müddət arıların əhatəsində qalır. Buyurun, görüntüləri birlikdə izləyək...

Çılpaq bədəni ilə arıların içinə girir.

Minlərlə arı onun bədəninə toplaşır.

41 yaşlı Qusar sakini Qurban Əmiraslanov arılara meydan oxuyur. O, minlərlə arını üzərinə toplayır və uzun müddət bu vəziyyətdə qalır.

Dediyinə görə, üzərinə 30 kiloya yaxın arı toplaşır. Bu vəziyyətdə ən təhlükəli anlar isə arılar üz nahiyəsinə toplandıqda yaşanır. Ona görə də arıçı arılarla bu əməli təkrarlamamağı tövsiyə edir.

Qurban Əmiraslanovun arzusu üzərinə daha çox arı yığmaqla "Ginnesin rekordlar kitabı"na düşməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə