Britaniyanın Uels qraflığının 58 yaşlı sakini Cenifer Beklef öz toyunda ağılasığmaz addım ataraq, xeyir işində iştirak edən qonaqları bir anlıq çaşdırıb. SİA xəbər verir ki, bu barədə Britaniyanın "mirror" saytı məlumat yayıb. Belə ki, gəlin öz toyuna qara tabutda və ölüdən fərqlənməyən makiyajda daxil olub. Bu da azmış kimi, Cenifer deyib ki, onun bu "zarafatı" çox uğurlu alınıb. Sitat: Mən uzun müddət bu planım haqqında kimsəyə söz açmamışdım. Lakin bir az dözümsüzlük nümayiş etdirərək, yalnız nişanlımı xəbərdar etmişdim. Düzdür, o mənim bu qərarıma görə təəccüblənsə də, toya qara tabutda və ölü makiyajında daxil olmağıma razılıq verdi".
Gəlinin dostları və qohumları xeyir iş mərasimində baş verən bu hadisədən şok keçirdiklərini bildiriblər. Ancaq gəlin üçün burada heç bir problem olmayıb. Belə ki, Cenifer Beklef uzun illər dəfnetmə bürosunda ölüləri balzamlayan və makiyaj edən vəzifəsində çalışıb. Bu baxımdan, o deyib ki, tabutda ölü kimi uzanmaq, ölü makiyajı etmək onun üçün adi hala çevrilib. Belkefin 21 yaşlı qızı isə bununla bağlı deyib ki, onun anası hər zaman qeyri-adi hərəkətləri ilə seçilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB