Amerikalı alim-astronavatlar ikinci Günəş sisteminin mövcudluğunu təsdiq edən açıqlama ilə çıxış ediblər. SİA "globalscience.ru"-ya istinadən xəbər verir ki, onlar kəşf etdikləri ikinci planeti Günəşin kiçik qardaşı adlandırıblar. Aparılan araşdırmalardan və hesablamalardan sonra bəlli olub ki, yeni günəş sistemi 20 milyon il bundan öncə yaranıb. Təəccübləndirici məqamlardan biri də budur ki, alimlər yeni Günəş sisteminin yarandığı yerin bizim planetdən elə də uzaqda olmadığını bildiriblər.
Yeni kəşflə bağlı astronomiya elmləri üzə ekspert Nik Madxusudan Kembricin araşdırmalar institundakı çıxışında danışıb. O və həmkarları hətta onu da iddia edirlər ki, artıq bir neçə ildən sonra insanlar səmada iki Günəş planetinin parladığını görəcəklər. Nəticədə onlar Yer planetini iki tərəfdən isitməklə yanaşı, həm də gecə saatlarında tam qaranlığın çökməsinin da qarşısını alacaqlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB