Ayranın bilinməyən faydaları FOTO

Ayranın bilinməyən faydaları FOTO

Məlum olduğu kimi ayran, qədim sərinləşdirici içkilərdən biridir. Bəs, ayran haqqında nə bilirik? Faydalarını bilirikmi? Gəlin, bu sualların cavablarını birlikdə araşdıraq.

Ayran kalsium, kalium və zülal baxımından olduqca zəngindir. Bununla yanaşı; İçində saxladığı A, B12, D, B2 və B6 vitaminləri ilə də bədənimiz üçün olduqca faydalıdır.

Heç bir yan təsiri olmayan nadir içkilərdən biridir. Ayranı əhəmiyyətli edən, içərisində qatıq bakteriyalarının olmasıdır. B vitamini çatışmazlığı, depressiyaya yol açır. Ayran içməklə depressiyadan azad olmaq mümkündür.

Bazar ertəsi sindromu yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa, göz altı qaralmalar sizi narahat edirsə, hətta qan azlığınız varsa, ayran için. Çünki bu xəstəliklərin əsasında B və B12 Vitamin çatışmazlığı durur. Ayran, B və B12 vitaminləri ilə zəngin olduğundan, sizə çox yaxşı təsir edəcək.

Ayran, elektrolit baxımından da zəngin içki növüdür. Bağırsaqların nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə problem varsa: Ayranın müalicəvi təsirə malik olduğunu unutmayın və mütləq gündə 1 stəkan için.

Bundan başqa, orqanizmin maye axınını tarazlaşdırmaq və normal qan təzyiqini təmin etmək üçün lazım olan kalium, ayranda mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə